AZ

"Pandemiyada bu bizneslə pul qazanırdım" - VİDEO

"Çörəklər, şirniyyatlar bişirirəm. Bu il az sifariş götürdüm. Götürmək istəmirdim. Amma həkim dostlarım məcbur etdi və Novruz bayramında sifarişlər aldım".

Bu sözləri müğənni Sevda Əliqızı "Günorta efirdəyik" proqramında deyib.

İfaçı ikinci biznesindən danışıb. O bildirib ki, şirniyyat bişirib satmaqla məşğuldur:

"7 yaşımda ilk dəfə aş bişirmişəm. Çox sevirəm bişirməyi. Mətbəx həvəsim böyükdür. Evdə otursam, mütləq həmin gün nəsə bişirməliyəm. Pandemiya vaxtı başladım bunu etməyə. Pul qazandım, mənə çox kömək oldu". (Axşam.az)

Seçilən
0
2
musavat.com

3Mənbələr