Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində bir nəfər polisə məlumat verərək sərnişin kimi istifadə etdiyi taksidə unutduğu mobil telefonunun sürücü tərəfindən ələ keçirildiyini bildirib.
BAKU.WS-in məlumatına görə, araşdırmalarla məlum olub ki, taksi sürücüsü müştərinin telefonunu sahibinə qaytarmaq əvəzinə dəyər-dəyməzinə satıb.
Polis əməkdaşları tərəfindən sürücü 35 yaşlı E.Hüseynli müəyyən olunaraq saxlanılıb.
Rayonun Müşfiqabad qəsəbəsində yerləşən mənzillərin birindən isə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı A.Səfərov da müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.