AZ

Juninyo qol vurdu, Azərbaycandakı günlərini yada saldı

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Meksikanın “Pumas” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio növbəti qolunu vurub. 

“Qafqazinfo” xəbər verir ki, o, 14-cü turda “Mazatlan”ı 3:1 hesabı ilə məğlub etdikləri oyunda ikinci qolun müəllifi olub.

Braziliyalı hücumçu qarşılaşmadan sonra çıxışı ilə bağlı fikirlərini bildirib. 29 yaşlı forvard Azərbaycandan sonra Meksikaya da uyğunlaşdığını deyib:

“Komandaya daha bir qol vurmaqla kömək edə bildiyim üçün xoşbəxtəm. Turnir cədvəlinin yüksək pillələrində yer aldığımız üçün hər xal dəyərlidir. “Pumas”da çox xoşbəxtəm, Azərbaycanda olduğu kimi, Meksikada da həm komandama, həm də ölkəyə qısa müddətdə uyğunlaşıram. Getdikcə daha rahat və inamlı oluram”.

Qeyd edək ki, Juninyo Olavio “Pumas”ın heyətində 14 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
qafqazinfo.az

3Mənbələr