AZ

Qəbzə “Putin” yazdı, işini İTİRDİ VİDEO

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə yanacaqdoldurma məntəqəsində baş verən maraqlı hadisə sosial şəbəkələrdə gündəm olub.

Milli.Az xəbər verir ki, məntəqədə çalışan işçi sıxlıq zamanı xarici nömrə nişanını düzgün oxuya bilməyib. Nəticədə o, qəbzdə avtomobilin qeydiyyat nömrəsi əvəzinə "Putin" yazıb. Bu qeyri-adi vəziyyət müştərilərin diqqətindən yayınmayıb.

Hadisəni yumorla qarşılayan rus müştərilər həmin anları videoya çəkərək sosial şəbəkədə paylaşıblar. Görüntülər qısa zamanda geniş yayılıb və istifadəçilər arasında marağa səbəb olub.

Video yayıldıqdan sonra isə yanacaqdoldurma məntəqəsinin rəhbərliyi məsələyə reaksiya verib. Bildirilir ki, baş verənlərdən sonra işçi ilə əmək münasibətlərinə son qoyulub.

Hadisə sosial mediada həm gülüş, həm də müzakirə mövzusuna çevrilib.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
news.milli.az

2Mənbələr