AZ

Ankaranın Bələdiyyə sədri haqqında araşdırmaya icazə verildi

ain.az, Azpost saytına istinadən bildirir.

Türkiyədə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş barəsində seçki mitinqi zamanı bələdiyyə imkanlarından istifadə edilməsi iddiası ilə istintaqa icazə verilib.

Bu barədə NTV məlumat yayıb.

Türkiyə Daxili İşlər Nazirliyi 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqi çərçivəsində Ankara Böyükşəhər Bələdiyyəsinə məxsus bəzi nəqliyyat vasitələrinin istifadə edildiyi iddiaları üzrə qərar qəbul edib.

Məlumata görə, ilkin olaraq istintaq icazəsi sabiq Fen İşləri Departamentinin rəhbəri Aziz Murat Seyrek barəsində verilib. Lakin bu nəqliyyat vasitələrinin bələdiyyə sədrinin xəbəri olmadan seçki məqsədilə istifadə edilməsinin mümkün olmadığı ehtimalı nəzərə alınaraq Mansur Yavaş haqqında da istintaqa icazə verilib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
9
azpost.info

10Mənbələr