AZ

Vens: Vatikan siyasətlə deyil, mənəviyyatla məşğul olmalıdır

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens hesab edir ki, Vatikan siyasətə deyil, mənəviyyat məsələlərinə diqqət yetirməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "Fox News" kanalına açıqlamasında bildirib.

“Düşünürəm ki, bəzi hallarda Vatikan üçün ən yaxşısı mənəviyyat və Katolik Kilsəsində baş verən məsələlərlə məşğul olmaqdır, ABŞ prezidentinə isə ölkə siyasətini müəyyən etmək imkanı verməkdir”, – deyə qeyd edib.

Vens bu sözləri ABŞ prezidenti Donald Tramp ilə Roma Papası XIV Leo arasında İran məsələsi üzərində yaranmış fikir ayrılıqlarını şərh edərkən deyib.

Bu günlərdə Tramp Papaya yönəltdiyi “müharibə əleyhinə” bəyanatlara cavab olaraq "Truth Social" platformasında yazmışdı ki, “bu Papa cinayət və xarici siyasət məsələlərində zəifdir”. Tramp iddia edirdi ki, əgər onun prezidentliyi olmasaydı, bu amerikalı Papalığa seçilməzdi.

Xatırladaq ki, XIV Leo son həftələrdə İsrail və ABŞ-ın İranla bağlı aqressiyası səbəbindən Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Papa ABŞ prezidentinə və onun yaxın dairəsinə qarşı kəskin çıxışlar edib. Xüsusilə, Trampın İranda sivilizasiyanı məhv etmək təhdidini tamamilə qəbuledilməz hesab edib və Müdafiə naziri Pit Hegseti tənqid edərək, “Amerika əsgərlərinin qalibiyyəti üçün İsa Məsihin adı ilə dua etməyi” düzgün saymadığını bildirib. Papa bildirib ki, hakimiyyət arzusuna yönəlmək “İsa Məsihin yoluna yad”dır.

11 aprel tarixində pontifkat Müqəddəs Pyotr kilsəsində müharibə əleyhinə xütbə söyləyib: “Özünü və hakimiyyətini səssiz, kor və kar bir bütə çevirmək üçün Allahdan üz döndərən ölümlərə tabe olar. Özünə və pula sitayiş etmək bəsdir! Güc nümayişinə son qoyun! Müharibəyə son qoyun!” – deyə XIV Leo vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
bizimyol.info

1Mənbələr