AZ

Rus dilində olan kənd adları dəyişdiriləcək

Qırğızıstan hakimiyyəti 2027-ci ilin sonunadək ölkədə qalan rusdilli kənd adlarını dəyişməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Oş vilayətinin Alay rayonunun sakinləri ilə görüşündə bildirib.

“Bu işi gələn il başa çatdırmağı planlaşdırırıq”, - deyə o vurğulayıb.

Japarovun sözlərinə görə, o, yaşayış məntəqələrinə Qırğızıstanda tanınmış tarixi şəxsiyyətlərin adlarının verilməsinin də əleyhinədir.

Qeyd edək ki, Japarovun 2021-ci ildə prezident seçilməsindən sonra Qırğızıstanda 15-dən çox yaşayış məntəqəsinin rusdilli adı rəsmi şəkildə dəyişdirilib.

Belə ki, Çuy vilayətində yerləşən Voyenno-Antonovka kəndi Kojomkul, İssık-Kul vilayətindəki Semyonovka kəndi isə Kojoyar-Ata adlandırılıb. (Mənbə: TASS)

Bizim.Media

Seçilən
13
3
bizim.media

7Mənbələr