AZ

Melonidən Trampa sərt cavab: “Bu sözlər qəbuledilməzdir”

“ABŞ və İsrailin hücumları nəticəsində zərər görmüş bütün nəqliyyat xətləri qısa müddətdə bərpa olunub və hazırda ölkə üzrə bağlı yol və ya fəaliyyətində problem olan marşrut qalmayıb”.

Editor.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib.

Nazir ABŞ və İsrailin hücumları zamanı zərər çəkmiş infrastrukturun tam şəkildə bərpa edildiyini açıqlayıb. İran dövlət televiziyasına müsahibəsində Sadiq hədəfə alınmış nəqliyyat şəbəkələrinin son vəziyyəti barədə məlumat paylaşıb.

O bildirib ki, ölkə üzrə avtomobil yolları, dəmir yolları, magistrallar və şəhərdaxili yolların hamısı yenidən istifadəyə verilib. Nazir həmçinin vurğulayıb ki, zədələnmiş xətlər qısa müddət ərzində operativ şəkildə təmir olunub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr