Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ADU məlumat yayıb.
Qeyd edilib ki, o, xarici dil üzrə fəlsəfə doktorluğu imtahanında 46.55 bal toplayaraq ölkə birincisi olub.