AZ

Tramp kuryerlə mətbuat konfransı keçirdi

ABŞ Prezidenti Donald Tramp ona “McDonald’s”dan sifarişini gətirən kuryerlə mətbuat konfransı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, konfrans zamanı “DoorDash” markalı köynək geyinmiş qadın qapını döyüb və prezidentə iki böyük “McDonald’s” paketini verib.

Tramp toplaşan jurnalistlərə zarafatla “Bu, səhnələşdirilməyib”, deyib.

Daha sonra Tramp kuryer qadınla yan-yana dayanaraq jurnalistlərin suallarını cavablayıb.

Mətbuat konfransından sonra Tramp “DoorDash” əməkdaşını Oval Ofisə dəvət edib.

Seçilən
12
3
bakivaxti.az

4Mənbələr