AZ

“Hörmüzlə bağlı əməliyyata bir şərtlə qoşulacağıq” - RƏSMİ

Avstraliya yalnız davamlı atəşkəs əldə edildiyi təqdirdə Hörmüz boğazında gəmiçiliyin təmin edilməsində iştirak edə bilər.

Musavat.com xəbər verir ki, açıqlama ilə Avstraliya Baş nazirin müavini Riçard Marles çıxış edib. O, "Avstraliyanın Hörmüz boğazını açıq saxlaması çox vacib olduğunu" bildirsə də, qeyd edib ki, hərbi əməliyyatların davamlı dayandırılması Kanberranın bölgədə naviqasiya azadlığını təmin etmək üçün hər hansı bir tədbirdə iştirakı üçün vacib şərtdir: "Avstraliya Hörmüz boğazından açıq gəmiçiliyin saxlanılmasını və sabit yanacaq tədarükünün bərpasını dəstəkləyir. Biz regional təhlükəsizliyə mümkün töhfələri müzakirə etmək üçün ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla müttəfiqlərlə əlaqədəyik. Konkret tədbirlər hələ müəyyən edilməyib; onlar mövcud atəşkəs çərçivəsində dəyişən vəziyyətdən və şərtlərdən asılı olacaq",.

Daha əvvəl Avstraliya hökuməti Hörmüz boğazının blokadasında iştirakın nəzərdən keçirilmədiyini vurğulamışdı. Xarici işlər və ticarət nazirinin müavini Mett Tislveyt bildirib ki, Kanberra danışıqların "davamlı sülhə nail olmağın ən yaxşı yolu" olduğuna inanır.

Musavat.com

 

Seçilən
33
1
musavat.com

2Mənbələr