“İnter” klubu “Barselona”nın əsas hədəflərindən biri olan Alessandro Bastoni üçün maraqlı şərt irəli sürüb. Metbuat.az xəbər verir ki, Milan təmsilçisi müdafiəçinin transferi üçün “Barselona”dan ya Dani Olmo, ya da Ferran Torresin daxil ediləcəyi oyuncu+pul modeli tələb edir. İddialara görə, “İnter” 26 yaşlı mərkəz müdafiəçisini asanlıqla buraxmaq istəmir və transferi yalnız yüksək dəyərli mübadilə ilə mümkün hesab edir. Məlumata görə, hazırda tərəflər arasında rəsmi razılaşma yoxdur.