AZ

"Reuters": İran-ABŞ danışıqlarda razılaşmaya çox yaxındılar

BAKI, 14 aprel. TELEQRAF

İran və ABŞ arasında İslamabadda keçirilən danışıqlar razılaşma olmadan başa çatsa da, tərəflər dialoqu davam etdirmək niyyətindədir.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu, son onilliklərdə iki ölkə arasında ən yüksək səviyyəli birbaşa təmas olub.

Məlumata görə, Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqlar gərgin atmosferdə keçib və tərəflər nüvə proqramı, Hörmüz boğazı və sanksiyalar kimi əsas məsələlərdə ortaq mövqeyə gələ bilməyiblər. Buna baxmayaraq, mənbələr tərəflərin razılaşmaya çox yaxın olduqlarını qeyd ediblər.

Bildirilir ki, danışıqlar zamanı ABŞ-nin əsas tələbi İranın nüvə silahı əldə etməsinin qarşısının alınması olub. İran isə sanksiyaların ləğvi, aktivlərinin azad edilməsi və təhlükəsizlik zəmanətləri tələb edib.

Qeyd olunur ki, görüş 20 saatdan çox davam edib və proses zamanı gərgin anlar yaşanıb, lakin sonradan müəyyən yumşalma müşahidə olunub. Buna baxmayaraq, fikir ayrılıqları aradan qaldırılmayıb.

Məlumata görə, tərəflər arasında əlaqələr tam kəsilməyib və vasitəçilər dialoqun davam etdirilməsi istiqamətində səylərini sürdürür.

Seçilən
23
teleqraf.com

1Mənbələr