Təzyiqlərə baxmayaraq Böyük Britaniya İranla müharibəyə qoşulmayacaq və Hörmüz boğazında blokadanı dəstəkləmir.
Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer “BBC Radio 5 Live”a müsahibəsində deyib.
O, boğazın yenidən açılmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.
“Fikrimcə, boğazın açılması və tam şəkildə açıq qalması son dərəcə vacibdir və biz son günlər bütün səylərimizi məhz buna yönəltmişik. Bunu davam etdirəcəyik”, — Starmer vurğulayıb.