ABŞ Prezidenti Donald Tramp "McDonald's" "fast food" şəbəkəsindən birbaşa Ağ Evə çatdırılma üçün kuryerə 100 dollar bəxşiş verib.
Publika.az xəbər verir ki, əskinasın nominalını Ağ Evin yayımladığı fotolarda görmək olub.
Ağ Evin eyni foto ilə "X" sosial media platformasında etdiyi paylaşımda "Bəxşişə vergi yoxdur" yazılıb.
Beləliklə, ABŞ hökuməti prezidentin "Tək Böyük Gözəl Qanun"unun bir hissəsi olaraq bəxşiş vergilərinin ləğvini bir daha vurğulayıb.
Qeyd edək ki, 13 apreldə ABŞ lideri kuryerlə birgə mətbuat konfransı da keçirib.