AZ

ABŞ-də 5,7 bal gücündə zəlzələ baş verib

BAKI, 14 aprel. TELEQRAF

ABŞ-nin Nevada ştatında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Reno şəhərindən 72 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Qeyd olunur ki, hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Seçilən
47
1
teleqraf.com

2Mənbələr