AZ

Baş nazirin həyat yoldaşına qarşı Şok ittihamlar

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

İspaniya Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqona Qomezə qarşı korrupsiya istintaqı çərçivəsində hazırlanmış ittihamnamə məhkəmə tərəfindən qəbul edilib. Qomez ümumilikdə dörd ayrı ittihamla üzləşir.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, Qomezə qarşı mənimsəmə, nüfuz alveri, kommersiya əməliyyatlarında korrupsiya və dövlət resurslarından düzgün istifadə edilməməsi kimi ittihamlar irəli sürülüb.

İddialar onun Madrid Komplutense Universitetində iki magistr proqramında rəhbər vəzifələrdə çalışdığı dövrə aiddir.

İş üzrə təxminən iki il davam edən araşdırmalara rəhbərlik edən hakim Xuan Karlos Peinado Qomezin vəzifəsindən istifadə edərək, bəzi şirkətlərə üstünlük verdiyinə dair kifayət qədər sübut olduğunu bildirib.

Bununla belə, “peşəkar səlahiyyətlərdən sui-istifadə” ilə bağlı ayrıca ittiham yetərli dəlil olmadığı üçün ləğv edilib.

İş çərçivəsində Kristina Alvarez və iş adamı Xuan Karlos Barrabes barəsində də ittihamlar irəli sürülüb. Hakim tərəflərə müdafiə hazırlamaq üçün 5 gün vaxt verib.

Pedro Sançez isə ittihamları rədd edərək, prosesin siyasi məqsədli olduğunu bildirib. Müxalifət partiyaları - Xalq Partiyası və “Vox” isə hökumətin legitimliyinin sual altında olduğunu iddia edərək, erkən seçkilər tələb ediblər.

İspaniya qanunvericiliyinə görə, ağır korrupsiya ittihamlarına münsiflər məhkəməsi baxır. İş üzrə məhkəmə tarixinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Bundan başqa, Baş nazir Sançezin qardaşı David Sançezin də gələn ay korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
2
qafqazinfo.az

3Mənbələr