AZ

Aktiv insanların vitamin çatışmazlığı ilə üzləşməsinin səbəbi məlum olub

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Daim hərəkətdə olan və idmanla məşğul olan şəxslərdə vitamin və mikroelement çatışmazlığı daha çox müşahidə edilir. Endokrinoloq Boqdan Duşin bildirib ki, bu, fiziki yüklənmə zamanı bədənin həddindən artıq enerji və qida maddəsi sərf etməsi ilə bağlıdır."Müntəzəm məşqlər zamanı orqanizm əzələ fəaliyyəti üçün daha çox kalori, zülal və minerallar tələb edir".Həkimin sözlərinə görə, hər bir əzələ yığılmasında iştirak edən maqnezium fiziki aktivlik zamanı ən çox sərf olunan elementlərdən biridir. Əgər rasionda zülal və amin turşuları yetərli deyilsə, bədən öz daxili ehtiyatlarını xərcləməyə başlayır. Eyni zamanda, əzələ artımı və sümüklərin bərpası üçün vacib olan vitamin D və kalsiuma tələbat aktiv insanlarda bir neçə dəfə artır.Həkim qeyd edir ki, balanslaşdırılmamış qidalanma və sərt pəhrizlər bu problemi daha da dərinləşdirir. Lakin vitamin qəbulunda həddi aşmaq da olmaz. Məsələn, vitamin C, selenium və sinkin normadan çox olması məşqlərin effektini azalda bilər. Vəziyyəti dəqiq qiymətləndirmək üçün ferritrin, maqnezium, sink, vitamin D və B12 kimi göstəricilər üzrə analiz vermək məsləhətdir.Sinir sistemini dəstəkləmək və yüklənmələrə qarşı dözümlülüyü artırmaq üçün jenşen və eleuterokokk kimi adaptogenlərdən istifadə oluna bilər. Həkim vurğulayır ki, hər hansı əlavə və ya vitamin kompleksi qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır, çünki hər bir orqanizmin ehtiyacları fərqlidir.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
demokrat.az

1Mənbələr