AZ

Media: Aİ Macarıstandan 35 milyard avro üçün 27 şərt tələb edir

Bakı, 14 aprel, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Macarıstanın müxalif Tissa Partiyası lideri Peter Macyarın Aİ-dən təxminən 35 milyard avro maliyyə vəsaitinə çıxış əldə etməsi üçün 27 şərtin yerinə yetirilməsini gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, şərtlər arasında ölkədə islahatların həyata keçirilməsi, Aİ qaydalarına uyğunluğun təmin edilməsi və s. məsələlər yer alıb. Aİ bu tələbləri Macarıstanla münasibətlərin yaxşılaşdırılması və maliyyə vəsaitlərinin düzgün istifadəsini təmin etmək üçün irəli sürür.

Eyni zamanda qeyd olunur ki, Baş nazir Viktor Orban dövründə Aİ ilə gərginliklər artıb və Budapeşt Ukraynaya maliyyə yardımı və Rusiya ilə bağlı sanksiya paketlərini bloklayıb.

Ukrayna üçün ayrılan maliyyə planları isə Aİ daxilində müzakirə olunmağa davam edir.

Seçilən
52
1
azertag.az

2Mənbələr