İtaliya A seriyasında 32-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Latsio” səfərdə “Fiorentina”nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
“Fiorentina” - “Latsio” - 1:0
Qol: Robin Gosens, 28
Bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıran Florensiya klubu turnir cədvəlində 15-ci pilləyə yüksəlib. “Latsio” isə 44 xalla 9-cu yerdə qərarlaşıb.