AZ

İsrail ordusu Livanın cənubunda 100 “Hizbullah” döyüşçüsünü zərərsizləşdirib

İsrail ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubundakı Bint Cbeil şəhərinə hücum zamanı “ Hizbullah”ın 100-dən çox üzvünü zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü Aviçay Edrinin açıqlamasında bildirilib.

"Bir neçə ərazidə döyüşlər davam edir və İsrail qüvvələri tank əleyhinə raketlərlə silahlanmış döyüşçüləri sərhəddən geri çəkir. Biz əvvəlkindən daha dərin olacaq güclü bir təhlükəsizlik kəməri yaradırıq. Bütün terrorçu mövqeləri, o cümlədən çoxlu sayda terrorçu yerlə bir edilib və onlar artıq İsrailin şimalına hücumlar həyata keçirə bilməyəcəklər", açıqlamada deyilir.

Seçilən
27
apa.az

1Mənbələr