AZ

Keyruş Qana millisinin baş məşqçisi təyin edildi 

Qana millisi yeni baş məşqçi təyinatını elan edib.

"Unikal" ölkə futbol assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, məşhur portuqaliyalı məşqçi Karlos Keyruş baş məşqçi təyin edilib. Müqavilənin müddəti dəqiqləşdirilməyib.

Məşqçi iyun ayında başlayacaq və Meksika, Kanada və ABŞ-da keçiriləcək qarşıdan gələn dünya çempionatında komandaya rəhbərlik edəcək. Qana qrup mərhələsində Panama, İngiltərə və Xorvatiya ilə qarşılaşacaq.

Keyruş əvvəllər “Real Madrid” və “Mançester Yunayted”də çalışıb, Cənubi Afrikanı 2002-ci il dünya çempionatına, Portuqaliyanı isə 2010-cu il turnirinin pley-off mərhələsinə çıxarıb. O, həmçinin İranı iki dünya çempionatına çıxarıb və Portuqaliya ilə iki Dünya Gənclər çempionatını qazanıb.

Qana hazırda FIFA reytinqində 74-cü yerdədir.

Seçilən
28
50
unikal.az

10Mənbələr