AZ

Orbana daha bir şok: Geri qayıda bilməyəcək...

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Macarıstanda yeni siyasi rəhbərlik ölkənin əsas qanununa dəyişiklik etməyi planlaşdırır. Bu dəyişikliklər keçmiş baş nazir Viktor Orbanın gələcəkdə yenidən hökumət başçısı vəzifəsinə qayıtmasını faktiki olaraq mümkünsüz edə bilər.

Axar.az xəbər verir ki, Tissa Partiyasının lideri Peter Magyarın bazar ertəsi keçirdiyi beynəlxalq mətbuat konfransında verdiyi açıqlamaya görə, planlaşdırılan Konstitusiya islahatları çərçivəsində baş nazirlik müddətinə məhdudiyyət qoyulacaq.

O bildirib ki, Orban artıq bir neçə dəfə - 1998-ci ildən etibarən ümumilikdə beş dəfə hökumət qurub və yeni qaydalar qüvvəyə minərsə, yenidən bu vəzifəni tuta bilməyəcək.

Müzakirə olunan əsas məsələlərdən biri də dəyişikliklərin hüquqi qüvvəsinin hansı tarixdən tətbiq olunacağıdır. Belə ki, ekspertlər arasında bu məhdudiyyətin yalnız gələcək dövrlərə aid olub-olmayacağı, yoxsa əvvəlki baş nazirlik müddətlərini də nəzərə alacağı barədə debatlar gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
axar.az

7Mənbələr