AZ

Yuventus 26 yaşlı hücumçunu məcburi şəkildə transfer edir

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Yuventus" üçün Lois Opendanın məcburi transfer şərti yerinə yetirilib.

Sportal.az xəbər verir ki, Turin klubu Seriya A-da hazırda 4-cü yerdədir və mövsümün bitməsinə 6 tur qalmış artıq 10-cu pillədən aşağı düşə bilməz. Buna görə də “Yuventus” "Leypsiq"ə 40,6 milyon avro ödəyərək hücumçunun transferini rəsmiləşdirməyə borcludur.

Qeyd edək ki, icarə üçün artıq 3,3 + 0,8 milyon avro ödənilib. Fabritsio Romanonun məlumatına görə, klub 26 yaşlı futbolçunu yay transfer pəncərəsində satmağa çalışacaq.

Cari mövsümdə Openda çempionatda 23 oyunda orta hesabla 28 dəqiqə meydanda olub və cəmi 1 qol vurub

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
sportal.az

3Mənbələr