AZ

Melonidən Trampa sərt cavab: “Bu sözlər qəbuledilməzdir”

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampın Roma Papası XIV Leo ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verərək bu açıqlamaları qəbulolunmaz adlandırıb və Papanı müdafiə edib.

Editor.az xəbər verir ki, Meloni Trampın Papa barədə işlətdiyi ifadələrə münasibət bildirərək narazılığını açıq şəkildə ifadə edib.

Baş nazir qeyd edib: “ABŞ Prezidentinin Papa haqqında səsləndirdiyi fikirləri qəbuledilməz hesab edirəm. Papa Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırış etməsi tamamilə təbii və gözlənilən mövqedir”.

Qeyd edək ki, Donald Tramp daha əvvəl Papanı “zəif” adlandırmış və onun “radikal sol baxışlara meyilləndiyini” iddia etmişdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr