AZ

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 13 aprel, AZƏRTAC

Bu səhər bizə müvafiq insanlar zəng etdilər və onlar razılaşmaq istəyirlər.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ lideri atəşkəs bitəndən sonra əvvəlki təhdidlərin hələ də qüvvədə qalacağı ilə bağlı danışmaq istəməyib. “Mən bu barədə şərh vermək istəmirəm, amma bu, onlar üçün xoş olmayacaq”, - deyə o əlavə edib.

Hörmüz boğazı ilə bağlı Tramp bildirib ki, ABŞ dünya ölkələrinin şantaj edilməsinə icazə verə bilməz.

“Biz bu ticarətdən istifadə etmirik. Bizim ehtiyac duyduğumuzdan daha çox öz neftimiz və qazımız var. Amma dünyanın buna ehtiyacı var”,- deyə Tramp vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
azertag.az

10Mənbələr