AZ

​20 yaşlı futbolçu öldürüldü

Qanada 20 yaşlı futbolçu Dominik Frimponq silahlı hücum nəticəsində həyatını itirib. Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, gənc futbolçu “Çelsi” klubunun oyunçusu olub. Məlumata görə, naməlum silahlı şəxslər komanda avtobusuna hücum edərək atəş açıblar. Dominik ağır yaralanaraq xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bu faciə Qana futbol ictimaiyyətində dərin sarsıntı yaradıb və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Seçilən
14
metbuat.az

1Mənbələr