Nikah zamanı tibbi arayışla yanaşı, narkoloji arayışın tələbi də zəruri olmalıdır. Çünki hazırda boşanmaların bir səbəbi də narkotik asılığıdır. Buna görə də, hazırda HİV, QİÇS kimi viruslarla bağlı məcburi müayinə kimi, şəxslərin narkotik asılığı da yoxlansın və belə arayış tələb olunsun. Bu, aildə sonradan yarana biləcək bir çox problemlərin qarşısını alar.
Bunu Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva “Xəzər xəbər”ə müsahibəsində bildirib. O qeyd edib ki, testin cavabının həqiqəti əks etdirməsi üçün bu analizin bir deyil, bir neçə dəfə təkrarən verilməsi də zəruridir.
Milli Məclisin üzvü onu da bildirdi ki, bu arayış, məhz nikaha daxil olarkən, həmin müddətdə, şəxsin narkotik asılılığının olub-olmamasını aydınlaşdırmaq üçündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.