AZ

Brintaniyadan Tiktok və İnstaqram a xəbərdarlıq: Sürüşdürməni dayandırın!

ain.az, Olke.az saytına istinadən bildirir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib ki, sosial şəbəkələr gənc istifadəçilərin məzmunu nəzarətsiz istehlakını məhdudlaşdırmaq üçün tədbirlər görməlidir.

Ölkə.Az-ın Reuters-ə istinadən məlumatına görə, o bu barədə bazar ertəsi, aprelin 13-də "BBC Radio"nun efirində danışıb.

Starmerin sözlərinə görə, "TikTok" və "Instagram" kimi platformalar gənc istifadəçilərin saatlarla video izləməsinə səbəb olan "sonsuz sürüşdürmə" (infinite scroll) mexanizmləri ilə mübarizə aparmalıdır.

"Biz 16 yaşından kiçik şəxslər üçün girişin mümkün qadağan edilməsi ilə bağlı məsləhətləşmələr aparırıq. Lakin mənim fikrimcə, asılılıq yaradan sürüşdürmə mexanizmlərini aradan qaldırmaq da eyni dərəcədə vacibdir", — deyə o bildirib.

Baş nazir qeyd edib ki, sosial şəbəkələrin alqoritmləri tez-tez asılılıq yaradan davranışı stimullaşdırır, valideynlər isə hakimiyyəti bu məsələyə müdaxilə etməyə getdikcə daha çox çağırırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
olke.az

3Mənbələr