AZ

Cəlilabadda şəhid ailələri ilə görüş: qayğı, minnətdarlıq və dövlət dəstəyi müzakirə olunub

Cəlilabad Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti səmimi və işgüzar görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Abdulelimova Tunzale xanimla və təşkilatın nümayəndə heyətini qəbul edərək onların müraciət və təkliflərini diqqətlə dinləyib.


Görüşdə İcra Hakimiyyətinin nümayəndəsi  Fizuli Cəfərov, “Vətən Naminə” İB-nin idarə heyətinin üzvü Rafiq Xəlil , şəhid atası Faiq Abdulalimov və #Bəhtiyar müəllim iştirak ediblər. Görüş qarşılıqlı hörmət və anlayış şəraitində keçib, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirin ən yaddaqalan məqamlarından biri rayon rəhbəri Rafiq Cəlilovun şəhid anası Tünzalə xanıma xüsusi təşəkkürünü bildirməsi olub. O, Tünzalə xanımın Cəlilabad rayonunun ictimai həyatında fəal iştirakını, rayon sakinlərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib.
Görüş zamanı aşağıdakı məsələlər ətrafında fikir mübadiləsi aparılıb: şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluq imkanlarının artırılması, tibbi və psixoloji dəstəyin təşkili, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də rayon ictimaiyyətində şəhid ailələrinə göstərilən diqqət və qayğının daha da artırılması.
Sonda Rafiq Cəlilov şəhid ailələrinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb və onların problemlərinin həlli istiqamətində bütün zəruri tədbirlərin davam etdiriləcəyini bildirib. Görüş qarşılıqlı təşəkkür və xoş arzularla başa çatıb.

Zəhra Ağayeva

Seçilən
30
qht.az

1Mənbələr