Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bir komanda var ki, çempionatda ardıcıl 4 qələbə qazanıb. Mövsümün gedişində 7-8-ci pillələrdə fırlanan komanda artıq 5-ci pillədədi, avrokuboklara vəsiqə qazandıra biləcək 4-cü yerdən cəmi 1 xal geridədi. Həmin 4-cü komanda ilə də şəxsi oyunu var. Artıq söhbətin hansı komandadan getdiyini bilirsiz.Bəli, “Neftçi”. “Neftçi”nin həm də çılğın azarkeşləri var. Flaqmanın fanatları həmişə azarkeşlik üslubu, sayının çox olması ilə fərqlənib, pis və yaxşı günlərdə komandanın yanında olub.Amma indi o vəziyyət deyil. Çempionluqdan sonra tək bəhanə var: “2-3 oyun ardıcıl qələbə olsa, gələrik“. 4 oyun. Artıq 4 oyundu “Neftçi” meydandan 3 xalla ayrılır. Uğurlu seriya cızıb, avrokubokların astanasındadı, həm də baxımlı oyunla göz oxşayır.Bəs hardasız, əziz “Neftçi”lilər? Nəticə də var, oyun da var, siz yoxsuz. Belə azarkeşlik olmur, “Neftçi”lilər! “Neftçi” azarkeşi özünü tribunada göstərməlidi. İş, tıxac bəhanəsi də keçmir. Mövsümün ən vacib oyunlarından biri - son qarşılaşma şənbə günü oldu, özü də saat 20.00-da. Tamaşaçı sayı isə cəmi 2200. Stadionun yalnız beşdəbiri dolub. Bəs dördü? Nəticə ilə azarkeş sayı tərs-mütənasibdi.MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.