Ajans.az xəbər verir ki, PAŞA Bank tərəfindən həyata keçirilən IPO çərçivəsində abunə yazılışı 12 may 2026-cı il tarixinədək həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq. Bu çərçivədə PAŞA Bank kapitalının 5%-ni təşkil edən 932 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin ticari qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəlir hesablanacaq. Səhm alışı üzrə bütün komissiyalar PAŞA Bank tərəfindən qarşılanır və müştərilər üçün əlavə komissiya tətbiq olunmur. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək. Yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra edilir. Ətraflı məlumat əldə etmək üçün: www.b-b.az/ipo-deeplink Qeyd edək ki, bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-su olmaqla yanaşı, ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur. Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/vHdRj4 2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin və bazarda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır. Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Əlaqə Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” ilə birgə təqdim olunur.