AZ

Hörmüz Boğazından iki gündə təxminən 30 gəmi keçib

ain.az bildirir, Bizimyol portalına istinadən.

Keçən həftəsonu ərzində təxminən 28 ticarət gəmisi Hörmüz Boğazını keçib.

Bizimyol.info xəbər verir ki, bu rəqəm dəniz nəqliyyatı monitorinq sistemlərinin məlumatlarına əsasən hesablanıb.

Belə ki, 11-12 aprel tarixlərində gündə təxminən 14 gəmi Hörmüz Boğazından keçib və onların əksəriyyəti Oman körfəzindən Fars körfəzinə doğru hərəkət edib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran hökuməti də ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrə aid gəmilər üçün Hörmüz Boğazını bağlamaq qərarına gəlib.

ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəsi elan edib. Aprelin 11-də İrandan və ABŞ-dan nümayəndə heyətləri İslamabadda bir neçə danışıqlar turu keçirib. İran tərəfini parlament sədri Məhəmməd Baqer Qalibaf, ABŞ tərəfini isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Tehran və Vaşinqtondan verilən məlumatlara görə, tərəflər bir sıra qarşıdurmalar səbəbindən uzunmüddətli sülh razılaşmasına nail ola bilməyib. Mümkün yeni danışıqlar turunun detalları hələ məlum deyil.

Danışıqlardan sonra ABŞ Hərbi Komandanlığı açıqlayıb ki, aprelin 13-dən İranın limanlarına gedən və ya onun sahillərindən çıxan bütün gəmilərin hərəkətini bloklayaraq İranın dəniz yollarını mühasirəyə alacaqlar.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
bizimyol.info

1Mənbələr