AZ

“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar VİDEO

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Zaman-zaman marketlər alıcıları cəlb etmək üçün müxtəlif üsullara əl atır və bu, bəzən istehlakçı hüquqlarının pozulması ilə nəticələnir. Elə belə hallardan biri də “Bravo” supermarketlər şəbəkəsində müşahidə olunub.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda görünür ki, marketdə bəzi konfetlərin üzərində iri şriftlə 80-90 qəpik kimi qiymətlər qeyd olunub. İlk baxışda bu, kifayət qədər ucuz görünür və alıcını cəlb edir. Lakin məhsula yaxınlaşdıqda məlum olur ki, göstərilən məbləğ məhsulun 1 kiloqramına yox, cəmi 100 qramına aiddir. Bu vacib detal isə etiketdə xırda şriftlə yazılıb.

Məsələ ilə bağlı Bakupost.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu cür üsullar istehlakçıları çaşdırmağa hesablanıb:

“Marketoloqların istehlakçını cəlb etmək üçün müxtəlif üsulları var və bu da onlardan biridir. Nazirlər kabinetinin 94 saylı qərarına görə məhsulun qiyməti, çəkisi və digər əsas məlumatlar açıq və aydın şəkildə göstərilməlidir. Amma praktikada bunun əksini tez-tez görürük”.

Onun sözlərinə görə, qanunvericiliyə nəzarət mexanizmlərinin zəifliyi bu cür halların yayılmasına şərait yaradır:

“Belə hallarla qarşılaşan vətəndaşlar Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər. Bu cür “qiymət oyunları” başqa ölkələrdə də var.Gərək istehlakçılar diqqətli olsunlar”.

Lalə, BakuPost

" target="_blank">

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
www.bakupost.az

2Mənbələr