ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Daha çox "Qiyamət radiostansiyası" kimi tanınan Rusiyanın "UVB-76" radio stansiyası 13 apreldə bir saat yarım ərzində iki kodlu mesaj yayımlayıb.
Moderator.az xəbər verir ki, bu fəaliyyət "UVB-76 logi" telegram-kanalı tərəfindən qeydə alınıb.
Moskva vaxtı ilə saat 12:52-də "lyusoshtof" sözü, saat 14:12-də isə "assambleya" sözü eşidilib.
Stansiya sonuncu dəfə 30 martda efirə çıxıb. Həmin gün o, "Srezovak" və "Quanoslyab" siqnallarının eşidildiyi mesaj yayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.