AZ

Kreml Macarıstanın yeni rəhbərliyini təbrik etməyəcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskva, 13 aprel, AZƏRTAC

Kreml parlament seçkilərinin nəticələrinə əsasən Macarıstanın yeni seçilmiş rəhbərliyinə təbrik göndərməyi planlaşdırmır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, “Rusiya Moskvaya qarşı sanksiyaları dəstəkləyən və bu səbəbdən qeyri-dost ölkələr sırasına daxil edilən Macarıstan kimi dövlətlərə təbrik göndərmir”.

Peskov Moskvanın Viktor Orban ilə münasibətlərinin xarakterinə dair jurnalistlərin dəqiqləşdirici sualına cavab olaraq deyib: “Biz onunla dialoq aparmışıq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
azertag.az

3Mənbələr