AZ

​Əvvəl deputat, sonra icra başçısı olublar - FOTO


Azərbaycanda bir neçə icra başçısı var ki, onlar bu vəzifəyə təyin olunana qədər müxtəlif qurumlarda, o cümlədən qanunverici orqanda çalışıblar.
Əvvəl deputat, sonra icra başçısı olan şəxslər haqda məlumatları təqdim edir:
Bu siyahıya Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev başçılıq edir. Adil Əliyev Məclisinin III, IV, V və VI çağırış deputatı olub. O, 8 iyul 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı şəhər Suraxanı rayon icra Hakimiyyətinin başçısı təyin edilib.
Fotoda: Adil Əliyev


Bakının Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov da Milli Məclisin üzvü olub. 50 yaşlı icra başçısı 2015-2019-cu illərdə Yasamalın deputatı kimi fəaliyyət göstərib. Elşad Həsənov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 12 noyabr 2019-cu ildə Yasamal rayon icra hakimiyyətinin başçısı təyin olunub.
Fotoda: Elşad Həsənov


Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov da bir müddət qanun yaradıcılığı ilə məşğul olub. O, 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun sabiq rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.
Fotoda: Rüstəm Xəlilov


Rüstəm Xəlilov 2019-2024-cü illərdə Hacıqabul rayon icra hakimiyyətinin icra başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 17 sentyabr 2019-cu ildə Salyan rayon icra hakimiyyətinin başçısı təyin olunub.
Daşkəsən rayon icra hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev də 15 il cibində deputat mandatı gəzdirib. Əhəd Abıyev 1995-2010-cu illədrə Milli Məclisin deputatı, 2011-2023-cü illərdə isə Daşkəsən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Fotoda: Əhəd Abıyev


23 sentyabr 2024-cü ildə 12 saylı Zaqatala seçki dairəsindən Milli Məclisin üzvü seçilən Asif Əsgərov isə 18 il icra başçısı işləyəndən sonra deputat mandatına yiyələnib.
Fotoda: Asif Əsgərov

Nazim Hüseynzadə /Metbuat.Az
Seçilən
14
2
gender.az

3Mənbələr