AZ

“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

“Azerconnect Group”un baş direktoru Emil Məsimov MentorluqProqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibiMəmməd Həsənovla görüşüb.

Emil Məsimov qalibi müsabiqədə əldə etdiyi önəmli nailiyyətmünasibətilə təbrik edib, “Yüksəliş” müsabiqəsinin ölkəmizdə kadrpotensialının gücləndirilməsi, istedadların üzə çıxarılmasındarolunu vurğulayıb. Görüş zamanı baş direktor mentinin peşəkarinkişafının dəstəklənməsi məqsədilə biznes və idarəetmə sahələrindətəcrübəsini bölüşüb. Eyni zamanda, qaliblə karyera planlaması,gələcək inkişaf prioritetləri, eləcə də idarəetmə və liderlikbacarıqlarının daha da təkmilləşdirilməsi mövzularında müzakirələraparılıb.

“Yüksəliş” müsabiqəsi haqqında

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığıSərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindənbirillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manatməbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksəktexnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil,internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech,Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group”müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalarvə tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding”beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

“Azerconnect
Seçilən
1
6
az.trend.az

7Mənbələr