“Rosatom” İranın Buşehr Atom Elektrik Stansiyasından işçilərin təxliyəsinin son mərhələsinə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Rusiyanın dövlət nüvə korporasiyasının rəhbəri Aleksey Lixaçev məlumat verib.
Onun sözlərinə görə, təxliyə prosesi çərçivəsində şirkətin 108 əməkdaşı stansiyanı tərk edəcək.
Qeyd olunub ki, qərar regionda artan gərginlik fonunda təhlükəsizlik tədbirləri ilə bağlı qəbul edilib.
Aminə ŞAHSUVARQIZI