AZ

İran ordusu yüksək hazırlıq vəziyyətinə GƏTİRİLDİ

İran silahlı qüvvələrinin yüksək döyüş hazırlığında olduğu açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən general-mayor Məcid bin əl-Rza bəyanat verib.

Onun sözlərinə görə, İran ordusu istənilən ssenariyə hazır vəziyyətdədir və maksimum döyüş hazırlığı səviyyəsinə gətirilib.

"Press TV"nin yaydığı məlumata görə, o bildirib: “Biz istənilən ssenariyə hazırıq; silahlı qüvvələr maksimum döyüş hazırlığı vəziyyətindədir. İstənilən təcavüz və ya təxribat aktına qəti və qətiyyətli cavab veriləcək”.

Qeyd olunub ki, rəsmi Tehran regionda artan gərginlik fonunda təhlükəsizlik tədbirlərini gücləndirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr