Azərbaycanda auditlər zamanı aşkarlanmış pozuntuların əsas hissəsi büdcə qanunvericiliyi ilə bağlı olub və bu sahənin payı 51,6 % təşkil edib.
Aznews.az xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir.
Sənədə əsasən, nöqsanların 24,1 %-i dövlət satınalmaları, 9,5 %-i əsaslı vəsait qoyuluşu ilə əlaqədar olub.
Eyni zamanda, pozuntuların 6,8 %-i vergi və gömrük qanunvericiliyi, 6,6%-i dövlət əmlakının istifadəsi ilə bağlı qeydə alınıb.
Hesabata görə, sosial müdafiə və sosial təminat sahəsində pozuntuların payı 1,1 %, bank-kredit və valyuta əməliyyatları üzrə isə 0,4 % olub.
Gəlir və xərclərin proqnozlaşdırılması sahəsində nöqsanların əsas səbəbi düzgün planlaşdırmanın aparılmaması olub. Bu isə il sonuna vəsaitlərin xəzinə hesabına geri qaytarılmaması ilə nəticələnib. Qeyd olunan hallar audit portfelinin təxminən 20 %-də müşahidə edilib.