AZ

Öldürülən İradənin ailəsi narazıdır

Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun anlaqlı olub-olmaması yenidən yoxlanılacaq.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi müdafiə tərəfinin istəyi ilə belə qərar qəbul edib.

Qətlə yetirilən İradə Muradovanın yaxınları elə əvvəldən Emilin anlaqsız olduğuna inanmır. İradənin bacısı ibtidai istintaqın düzgün aparılmamasından şikayətlənərək doğmasının qatilinin layiqincə cəzalandırılmasını tələb edir. Bu səbəbdən məhkəmə istintaqı başa çatmaq üzrə olarkən vəkil Rəşad Cəbrayılov hüquqi varis olan bacının da tələbi ilə təqsirləndirilən şəxsin yenidən tibbi ekspertizadan keçirilməsini xahiş edib.

Onlar hesab edir ki, Emil Ağcanovun belə dəhşətli cinayəti anlaqsız vəziyyətdə törətməsi inandırıcı deyil. Hadisədən sonra sübutların gizlədilməsi məqsədilə İradənin telefonunun sındırılması, eləcə də həmin vaxt səsləndirdiyi fikirlər onun baş verənləri dərk etdiyini göstərir.

Bundan əlavə, Ağcanovun məhkəmədəki ifadələrində ziddiyyətlərin olması-gah hadisənin vaxtını və yerini dəqiq xatırlaması, gah isə reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirməsi zərərçəkmiş tərəfi narahat edir.

Seçilən
0
6
publika.az

10Mənbələr