AZ

Meteor yağışı olacaq

Aprelin sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək.

Aznews.az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.
“Aprel ayının sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimum aktivliyi isə 22–24 aprel tarixlərinə təsadüf edəcək”.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu meteor axını əsasən Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da, əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı enliklərindən də görünür. “π-Puppid” meteor yağışı Yer kürəsinin “26P/Grigg–Skjellerup” kometinın buraxdığı toz hissəcikləri ilə qarşılaşması nəticəsində yaranır. Bu komet Günəş ətrafında təxminən 5 illik perioda malikdir və hər yaxınlaşma zamanı kosmosa çoxlu xırda hissəciklər yayır. Yer həmin hissəciklərin sıx olduğu sahədən keçəndə meteor yağışı müşahidə olunur. Bu meteor axınının ən maraqlı xüsusiyyəti onun qeyri-sabit olmasıdır: bəzi illərdə demək olar ki, heç meteor görünmədiyi halda, bəzi illərdə qəfil aktivlik artımı (outburst) baş verə və saatda onlarla meteor müşahidə edilə bilər.

Seçilən
21
22
aznews.az

10Mənbələr