AZ

Uşaqlar üçün qida formullarına və əlavə qidalara dair yeni qaydalar nəyi dəyişəcək?

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının müvafiq qərarı ilə “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları” və “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları” təsdiq edilib. Göstərilən sanitariya norma və qaydaları “Qida təhlükəsizliyi haqqında” Qanun və qida təhlükəsizliyi sahəsində digər normativ hüquqi aktların tələbləri əsas tutulmaqla körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan qida formullarının və əlavə qidaların minimum keyfiyyətinə, təhlükəsizliyinə və etiketlənməsinə dair tələbləri ehtiva edir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən sanitariya norma və qaydalarının hazırlanıb təsdiq edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq körpələrin və erkən yaşlı uşaqların qidalanması üçün istifadə edilən qida formullarının və əlavə qidaların təhlükəsizliyinin və minimum keyfiyyətinin beynəlxalq tələblərə uyğun tənzimlənməsi, ana südü ilə qidalanmanın üstünlüyü saxlanılmaqla müvafiq istiqamətdə fəaliyyətin yaxşılaşdırılması məqsədi daşıyır.

Müxbir-Günel Türksoy

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr