AZ

“ABŞ-İran razılaşması 15 günə mümkün deyil” - Hakan Fidan

“Hazırda ABŞ-İran danışıqlarında müzakirə olunan mövzular nəzərə alındıqda, 15 gün ərzində hərtərəfli razılaşmanın əldə olunması texniki baxımdan real görünmür”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər müəyyən irəliləyiş əldə edərsə, danışıqların davam etdirilməsi üçün əlavə atəşkəs müddətinin gündəmə gəlməsi mümkündür.

“Əgər tərəflər yaxşı irəliləyiş əldə etsələr, bu müddət 45 gün, hətta 60 günədək uzana bilər”, - deyə Fidan qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
2
missiya.az

3Mənbələr