AZ

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 13 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Azərbaycanda yanacaq istehlakçıları 955,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 5,7 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 6 faiz gəlir əldə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
5
azertag.az

6Mənbələr