AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi başlayıb.
Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlər aprelin 16-dək davam edəcək.
Məşqçi kursuna AFFA-nın Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.