AZ

Hakan Fidan Azərbaycanla bağlı açıqlama verdi

BAKI, 13 aprel. TELEQRAF

“Türkiyə Azərbaycan və Ermənistan arasında sülhünün əldə olunması üçün ciddi səylərlə çalışır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Qafqazla sərhədimiz var, oradakı müharibələr, nizamsızlıq bizə də təsir göstərir. Buna görə də orada nizam və təhlükəsizliyin təmin olunması istiqamətində, təhlükəsizlik sistemi ilə bağlı çox ciddi səylərimiz var. Azərbaycan və Ermənistan arasında sülhünün əldə olunmasında, ölçülü güc istifadəsindən keyfiyyətli diplomatiyaya qədər, region ölkələri və qlobal güclər arasında balansı saxlayaraq, oradakı istənilən qaynar münaqişənin Türkiyəyə təsir etməməsi üçün böyük səylər göstəririk”, - nazir bildirib.

Seçilən
28
5
teleqraf.com

6Mənbələr