AZ

"Rabitəbank" açıq tender elan edir!

"Rabitəbank" ASC açıq tender elan edir!

Tenderin adı: “Nizami filialının əsas elektrik xəttinin yenilənməsi(filiala daxil olan xəttə qədər)”

Tenderin elan tarixi: 13.04.2026,

Tenderin son tarixi: 27.04.2026, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

  • İşin icra müddəti qeyd edilməsi mütləqdir

  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli 

  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

  • Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

  • Şirkətin son 1 il üzrə vergi borcunun  olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Təkliflərin qəbul edilməsi:

  • Tenderin texniki şərtləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz. 

https://rbt.az/tndr-elektrik 

Texniki şərtdə olan qeydlərin , icazələrin alınması mütləqdir.(Qiymət təklifində nəzərə alınmalıdır)

  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.

  • Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.




 

Seçilən
0
2
unikal.az

10Mənbələr