“İran və ABŞ arasında əldə olunan müvəqqəti atəşkəsin müddəti uzadıla bilər”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, tərəflər prosesə konstruktiv yanaşarsa, danışıqların davam etdirilməsi üçün 45–60 günlük yeni atəşkəs mexanizminin gündəmə gəlməsi mümkündür.
H.Fidan bildirib ki, bu müddət ərzində yaranan problemlərin həllinə də imkan yaradıla bilər.
Globalinfo.az